Şənbə , May 28 2022
Ana səhifə / İdman / Göygöldə məşq zamanı 15 idmançı xəstəxanalıq OLDU

Göygöldə məşq zamanı 15 idmançı xəstəxanalıq OLDU

Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər yeniyetmə ilkin etimala görə dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu ilə rayon xəstəxanasına müraciət edib.
 
Onlar ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Göygöl Olimpiya İdman Kompleksinindən bildirilib ki, yeniyetmələr artıq 5 gündür burada qidalanırlar və indiyə qədər yeməklə bağlı heç bir problem olmayıb.
 
Göygöl Olimpiya İdman Kompleksinin direktoru, cüdo millimizin məşqçisi Mövlud Mirəliyev də məslə ilə bağlı açıqlama verib.  

O bildirib: “Bura dağ yeridir, qaçıb tərləyiblər. Yağlı yemək yeyib, su içiblər”.
 
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 15 idmançının qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb. Hazırda yeniyetmələrin hamısının vəziyyəti normaldır və onlar məşqlərinə davam edirlər.
 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda da araşdırma aparılır. 

Həmçinin oxuyun

Premyer Liqada çıxış edən klublara nə qədər vəsait ayrılacaq?

Dövlət futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən 10 klubun hər birinə eyni məbləğdə vəsait …