Ana səhifə / İdman / Gimnastlarımız İtaliyada 4 medal qazandı

Gimnastlarımız İtaliyada 4 medal qazandı

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turniri keçirilib.

Azinforum.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışda təmsilçilərimiz 3 qızıl və 1 gümüş medal əldə ediblər.

Komandamıza ilk qızıl medalı tamblinq üzrə 13-16 yaş qrupunda Bilal Qurbanov qazandırıb.

Bu yaş qrupunda batut üzrə keçirilən yarışda yığma komandamızın üzvləri 3 medal əldə edib. Belə ki, fərdi proqramda mübarizə aparan Maqsud Mahsudov birinci olub. İdmançımız sinxron cütlük proqramında da komanda yoldaşı Hüseyn Abbasov ilə birlikdə ən güclü olduğunu sübuta yetirib. Sinxron cütlüklər proqramında isə Nicat Mirzəyev və Əli Niftəliyev gümüş medala sahib çıxıblar.

Qeyd edək ki, bu yarışın ardınca yığma komandamızın üzvləri eyni şəhərdə təşkil ediləcək Avropa çempionatında mübarizəyə qoşulacaqlar.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …