Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / İdman / Gimnastımız qızıl medal qazandı

Gimnastımız qızıl medal qazandı

Azərbaycan gimnastı Maqsud Maqsudov Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 13-14 yaş qrupu kişilər arasında batut üzərində hərəkətlərdə qızıl medal qazanıb.

Maqsud Maqsudov 56.200 xal toplayaraq yarışların qalibi olub.

İkinci yeri 54.630 xalla Vitali Çivyaqa (Rusiya), üçüncü yeri 54.345 xalla Lev Busaryov (Rusiya) tutub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Həmçinin oxuyun

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub. “Old Trafford”da ev sahibi “Mançester Yunayted” …