Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / Gənc şahmatçılarımız dünya çempionu oldular

Gənc şahmatçılarımız dünya çempionu oldular

İtaliyada 20 yaşa qədər şahmatçılar arasında keçirilən dünya çempionatında iki təmsilçimiz qızıl medal qazanıb.
Qızlar arasında keçirilən çempionatın qalibi həmyerlimiz Gövhər Beydullayeva olub.

Oğlanlar arasında oynanılan sonuncu turda isə Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Görüş heç-heçə ilə başa çatıb və bu nəticədən sonra xalı 8-ə çatan Abdulla Qədimbəyli dünya çempionu ünvanı qazanıb.

Beləliklə 20 yaşa qədər şahmatçılar arasında keçirilən dünya çempionatının qalibləri həmyerlilərimiz olub.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …