Bazar , Noyabr 29 2020
Ana səhifə / İdman / “Gərək vaxtında Teymura dəstək olaydılar” – Şəhriyar Məmmədyarov

“Gərək vaxtında Teymura dəstək olaydılar” – Şəhriyar Məmmədyarov

“İddiaçılar turniri yarımçıq dayandırıldı və sonra davam etdiriləcək. Çox təəssüflər olsun. Burda sevinməli heç bir şey yoxdur”.

Qaynarinfo xəbər verir ki, bu fikirlər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.
Tanınmış qrossmeyster İddiaçılar Turnirinin FİDE-nin qərarı ilə dayandırılmasına münasibət bildirib. Məmmədyarov sosial şəbəkədəki paylaşımında yarışın koronavirus pandemiyası səbəbindən davam etdirilə bilməməsinə təəssüfləndiyini bildirib: 
“Ümid edirəm ki, bu məsələnin bir həlli olacaq. Əlbəttə, bu gün 8 şahmatçının 7 turluq mübarizəsinin belə dayanması isə qəribədi. O qədər ev hazırlıqları, debütlər, məşqçilərə, komandaya sərf olunan vəsait və zaman heyf oldu. Şahmatçılar öz debüt sirlərini və hazırlıqlarını göstərdi. Hələ turnirlə bağlı 14 günlük karantini demirəm. Bu gün FİDE nümayəndələri turnirin qaldığı yerdən davam etdiriləcəyini açıqladı”. 
Məmmədyarov koronavirus pandemiyası üzündən yarışa qatılmaqdan imtina edən Teymur Rəcəbovun növbəti İddiaçılar Turnirinə dəvət olunacağına ümidvar olduğunu qeyd edib: 
“Ümid edirəm ki, FİDE 2 il sonra keçiriləcək İddiaçılar Turnirində Teymura dəvət göndərər və bu narazılıqlar aradan qalxar. Teymur bizim fəxrimiz və qürurumuzdu. Onun turnirdən kənar qalmasını heç vaxt heç bir şahmatçı istəməzdi. Təəssüf ki, belə oldu. Gərək vaxtında İddiaçılar Turnirinin digər 7 iştirakçısından ikisi Teymura dəstək olaydı. Onda hər şey tam fərqli olardı. Təəssüf ki, turnirdən öncə heç biri dəstək olmadı. Onu növbəti İddiaçılar Turnirinə birbaşa dəvət edəcəklərinə ümid edirəm”.

Həmçinin oxuyun

“Qarabağ” klubu Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTO

Bu gün “Qarabağ” futbol klubu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər zamanı klub …