Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / İdman / Gənc şahmatçılarımız dünya çempionu oldular

Gənc şahmatçılarımız dünya çempionu oldular

İtaliyada 20 yaşa qədər şahmatçılar arasında keçirilən dünya çempionatında iki təmsilçimiz qızıl medal qazanıb.
Qızlar arasında keçirilən çempionatın qalibi həmyerlimiz Gövhər Beydullayeva olub.

Oğlanlar arasında oynanılan sonuncu turda isə Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Görüş heç-heçə ilə başa çatıb və bu nəticədən sonra xalı 8-ə çatan Abdulla Qədimbəyli dünya çempionu ünvanı qazanıb.

Beləliklə 20 yaşa qədər şahmatçılar arasında keçirilən dünya çempionatının qalibləri həmyerlilərimiz olub.

Həmçinin oxuyun

Messi Maradonaya çatdı, Quardado rekordçulara şərik oldu

Meksika millisinin futbolçusu Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.36 yaşlı yarımmüdafiəçi bu nəticəyə Qətərdə keçirilən …