Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Futbolçumuz Braziliya klubuna keçib

Futbolçumuz Braziliya klubuna keçib

Bu mövsümün yarısını “Araz”da keçirən millimizin futzalçısı Karvalho dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi “Facebook” səhifəsində məlumat paylaşılıb.

Belə ki, Vilela dünən “Copagril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, “Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalho dos Santos 9 (YK-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …