Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Futbolçu hakimi vurdu, həbs olundu, oyun yarımçıq dayandırıldı (VİDEO)

Futbolçu hakimi vurdu, həbs olundu, oyun yarımçıq dayandırıldı (VİDEO)

Maltanın II divizionunda keçirilən “Orata Yus” – “Sannat Layons” oyun yarımçıq dayandırılıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb futbolçunun hakimi vurması olub.
“Sannat Layons”un oyunçusu Antuan Kamilleri hakimə hücum edib. Referinin ikinci sarı vərəqə göstərərək onu meydandan qovmasına qəzəblənən futbolçunu komanda yoldaşları ayırıb.
Kamilleri meydanı tərk edərkən yan xətt hakiminin sifətinə iki zərbə endirib. Bundan sonra oyunçu polisin müşayiəti ilə paltardəyişmə otağına yollanıb. O, stadionu qandalla tərk edib.ğ

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …