Ana səhifə / İdman / Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək.

“Report”un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Neftçi”ni qəbul edəcək.

Beş oyundan sonra “Qəbələ” 10 xalla 3-cü, “Neftçi” isə 1 xalla 7-ci pillədə qərarlaşıb. Bu görüşün nəticəsi komandaların mövqeyinə heç bir təsir etməyəcək. Amma liderlik iddialarını davam etdirməsi üçün “qırmızı-qaralar” mütləq qələbə qazanmalıdırlar.

“Ağ-qaralar” isə bu mövsüm ilk dəfə qalib olmaq və 6-cı pillədəki “Səbail”lə xal fərqini yenidən 2-yə endirmək üçün meydana çıxacaqlar.

İki komanda indiyədək 36 dəfə üz-üzə gəlib. Bunların 13-də “Qəbələ”, 15-də “Neftçi” qalib olub, 8 görüş heç-heçə ilə yekunlaşıb. Top fərqi isə bərabərdir: 45-45. Son üç qarşılaşmada meydan sahibləri qalib gəlib. “Neftçi” axırıncı 6 görüşdə cəmi 1 qələbə əldə edib.

Azərbaycan Premyer Liqası, VI tur

24 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Murad Məmmədov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı 4:1, “Səbail” “Kəpəz”i 1:0 hesabı ilə yenib. “Zirə” – “İnter” matçında isə qalib müəyyənləşməyib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …