Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / İdman / Fransada Azərbaycanlı güləşçi erməniyə qalib gəldi

Fransada Azərbaycanlı güləşçi erməniyə qalib gəldi

Fransada klublararası güləş çempionatına start verilib.

Pravda.az xəbər verir ki, ilk turda İslam Abbasovun heyətində yer aldığı “Şiltgem” komandası “Mets”lə üz-üzə gəlib.

Yunan-Roma güləşçimiz bu qarşılaşma çərçivəsində 2 görüş keçirib. Abbasov fransalı Salamon Entoni üzərində böyük hesablı qələbə qazanıb – 8:0. İslam erməni Edqar Xaçaryanı da məğlub edib – 6:3. Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəylə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.

Həmçinin oxuyun

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub. “Old Trafford”da ev sahibi “Mançester Yunayted” …