Bazar , Yanvar 17 2021
Ana səhifə / İdman / Fransa Super Kubokunun qalibi müəyyənləşdi (VİDEO)

Fransa Super Kubokunun qalibi müəyyənləşdi (VİDEO)

Fransa Super Kuboku uğrunda oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, Liqa 1-in qalibi PSJ və Fransa Kubokuna sahib çıxmış “Renn” arasında oyun Çinin Şençjen şəhərində baş tutub.
“Lungan – Universiad Sports Center” stadionunda təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 13-cü dəqiqədə “Renn”in yarımmüdafiəçisi Adrien Enu açıb. 57-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 73-cü dəqiqədə Angel Di Mariya qoyub.
Beləliklə, PSJ 9-cu dəfə Fransa Super Kubokunu qazanıb. “Renn” isə yalnız bir dəfə – 1971-ci ildə bu titula sahib çıxıb.
Qeyd edək ki, Fransa Kubokunun finalında da PSJ və “Renn” qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb, penalti seriyasında isə “Renn” qələbəni bayram edib.

Həmçinin oxuyun

Əsrin ən çox qol vuran futbolçuları açıqlandı – ADLAR

21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları …