Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Fransa millisi Dünya Çempionu oldu – FOTO

Fransa millisi Dünya Çempionu oldu – FOTO

Rusiyada keçirilən futbol üzrə DÇ 2018-in qalibi Fransadır.
Azinforum.az  xəbər verir ki, baş tutan final qarşılaşmasında Fransa Xorvatiyaya 4-2 hesabı ilə qalib gələrək planetin ən güclüsü olub.
Matçın 18-ci dəqiqəsində Mario Mandzukiçin öz qapısına vurduğu qolla Fransa önə keçib. 28-ci dəqiqədə Perişiç hesabı bərabərləşdirib: 1-1.
İlk hissənin bitməyinə 6 dəqiqə qalmış Antuan Qrizman penaltini qola çevirərək komandasını irəli çıxarıb. 59-cu dəqiqədə Pol Poqba, 65-ci dəqiqədə isə Kilian Embappenin qolları ilə Fransa hesabı 4-1-ə çatdırıb. Xorvatiya millisi 69-cu dəqiqədə Mandzukiçlə hesab arasındakı fərqi azaltsa da bundan artığına gücü çatmayıb.
Qeyd edəki, bu, Fransanın ikinci dünya çempionluğudur. Hazırda komandanın baş məşqçisi olan Didier Deşamın da 1998-ci ildə formasını geyindiyi Fransa millisi mundialın qalibi olmuşdu.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …