Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / İdman / Fransa çempionatında kütləvi dava: Oyun yarımçıq dayandırıldı (FOTOLAR)

Fransa çempionatında kütləvi dava: Oyun yarımçıq dayandırıldı (FOTOLAR)

Fransa Liqa 1-nin “Nitsa” və “Marsel” arasında baş tutan III turunun matçı yarımçıq qalıb.
Matç zamanı azarkeşlər kütləvi şəkildə meydançaya qaçıblar və oyunçularla dalaşıblar. Münaqişə “Marsel”in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli azarkeşlər meydançaya axışıblar.

Matç oyunçularla azarkeşlərin kütləvi davasına görə dayandırılıb. “Get French Football News” bldirib ki, oyun davam etdirilməyəcək.
Qeyd edilir ki, “Marsel” futbolçuları meydançaya çıxmağı və oyunu davam etdirməyi istəməyiblər. Liqa 1-in reqlamentinə əsasən, komandanı 0:3 hesablı texniki məğlubiyyət gözləyir.

Həmçinin oxuyun

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib. Qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə …