Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Fransa “Böyük dəbilqə”dən imtina etdi

Fransa “Böyük dəbilqə”dən imtina etdi

Cüdo üzrə “Böyük dəbilqə” turniri Fransanın paytaxtı Parisdən Rusiyanın Kazan şəhərinə köçürülüb.

Bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında məlumat yer alıb.

Turnir mayın 5-dən 7-dək keçiriləcək.

Məlumata əsasən, turnirin yerinin dəyişdirilməsi Fransanın yarışı təşkil etməkdən imtina etməsi ilə əlaqədardır. Yarış Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.

Qeyd edək ki, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək tarixlərinə dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …