Ana səhifə / İdman / “Formula 1” üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

“Formula 1” üzrə 2023-cü il Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər.

“Report” “torcedores.com” saytına istinadən xəbər verir ki, buna səbəb yarışın Çin mərhələsinin təşkilinin sual altına düşməsidir. Şanxay trasında keçirilən Qran-prinin ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsinə görə təxirə salınacağı istisna olunmur.

Bu baş verərsə, Çin Qran-prisindən əvvəlki və sonrakı yarışlar arasında 4 həftəlik fasilə yaranacaq. Bu isə təşkilatçılara sərf etmir. Məhz həmin fasiləni 3 həftəyə endirmək üçün Azərbaycan Qran-prisi nəzərdə tutulan vaxtdan 1 həftə tez keçirlə bilər.

Qeyd edək ki, “Formula 1″in rəsmi saytının açıqladığı təqvimdə Bakıdakı yarışın 28 – 30 apreldə olacağı göstərilib.

Həmçinin oxuyun

“Neftçi” azarkeşlərindən klub prezidentinə etiraz – “İstefa!”

Misli Premyer Liqasının 16-cı turunda “Neftçi” əzəli rəqibi “Qarabağ”a ağır məğlubiyyətə uğrayıb – 0:4.Azinforum.az xəbər verir …