“Report”un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlamaları dünya səviyyəli müstəqil auditorlar həyata keçirəcək. Məqsəd üzv təşkilatlara Forvard fondların ayırdığı vəsaitdən istifadəyə nəzarət etməkdir. Hazırda bu vəsaitlərin təyinatı üzrə istifadəsinin təmin olunması üçün sərt nəzarət mövcuddur.

Maliyyə hesabatında bildirilir ki, FİFA dünya ölkələrinin futbol assosiasiyalarından Uşaq Futbolunun İnkişaf Proqramında iştirakları üçün 1554 ərizə alıb. 2015 – 2018-ci illərdə proqram çərçivəsində milli futbol qurumlarına 1,79 milyard dollardan 393 milyon dollar köçürülüb. Qalan pul vəsaitləri hər bir assosiasiya ilə razılaşdırılmış qaydada mərhələli şəkildə köçürüləcək. Bu zaman layihənin nə dərəcədə uğurla həyata keçirildiyi nəzərə alınacaq.