Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / İdman / FIFA rusiyalı futbolçuları dopinq istifadəsində yaxaladı: Oyunlardan təcrid olundular

FIFA rusiyalı futbolçuları dopinq istifadəsində yaxaladı: Oyunlardan təcrid olundular

Beynəlxalq Futbol Federasiyası (FIFA) üç rusiyalı idmançıya qarşı sanksiyalar tətbiq edib.

“Matç TV”-nin məlumatına görə, Vladimir Obuxov (“Rostov”), İvan Knyazev (“Zvezda”, Perm) və Darya Meşeryakova dopinq əleyhinə qanunvericiliyin tələblərini pozduqlarına görə diskvalifikasıya edilib. Onlardan ikisi – Knyazev və Meşeryakova iki il, Obuxov isə FIFA-nın İntizam Komitəsilə əməkdaşlıq etdiyi üçün altı ay müddətində bütün oyunlardan kənarlaşdırılıb.

Qeyd edək ki, hər üç idmançı ilə bağlı insident 2013-cü ildə baş verib. Lakin mövcud hallarla bağlı araşdırmalar yalnız indi başa çatıb.

Həmçinin oxuyun

Milli ilə bağlı sual Qurban Qurbanovu ÖZÜNDƏN ÇIXARDI

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yığma komandada baş məşqçi dəyişikliyi ilə bağlı suallara cavab verib. …