Çərşənbə , İyun 16 2021
Ana səhifə / İdman / FIFA oyunçuların icarəsinə qadağa qoya bilər

FIFA oyunçuların icarəsinə qadağa qoya bilər

Beynəlxalq Futbol Federasiyası (FIFA) klublar arasında icarə müqavilələrinin qadağan edilməsini nəzərdən keçirir.
Transfer sisteminin islahatını müzakirə etmək üçün xüsusi komissiya yaradılıb. Komissiyaya Beynəlxalq Oyunçuların Həmkarlar İttifaqı, Avropa Klubları Assosiasiyası, FIFA, həmçinin keçmiş oyunçular Cafu, Zvonimir Boban, Edvin van der Sar və Marko van Basten daxildir.

İcarə gənc futbolçulara klublarda inkişafına kömək edəcək bir vasitə kimi qəbul olunsa da, lakin FIFA hesab edir ki, hazırda klublar transfer sistemini şəxsi maraqları üçün istifadə edirlər.

Cari mövsümdə “Yuventus” 41, “Udineze” 27, “Çelsi” 22 və “Mançester Siti” 18 oyunçu icarəyə verib. (AzərTAc)

Həmçinin oxuyun

“Camaat vaksini vurdurmağa qorxur“ – Kamil Zeynallı

Ölkəmizdə mərhələli şəkildə yumşaldılma tədbirləri çərçivəsində bir çox məkanlar, iaşə obyektləri açıldı. Əlbəttə, açılmayan məkanlar …