Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / FIFA maaş ala bilməyən futbolçular üçün fond yaradacaq

FIFA maaş ala bilməyən futbolçular üçün fond yaradacaq

FIFA və Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) keçmişdə və hazırda öz klublarından maaş ala bilməyən futbolçular üçün fond yaradacaq.

“Report” ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, FIFA fond üçün 16 milyon dollar vəsait ayırıb. Bu məbləğ 2022-ci ilə qədər fondun büdcəsinə köçürüləcək.

Bundan başqa, qurum oyunçulara 2015-ci ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər məvaciblərini qorumaq məqsədi ilə fonda əlavə 5 milyon avro ayıracaq.

Qiymətləndirmə və fonddan qrant ayrılmasına nəzarət üçün FİFA və FİFPro nümayəndələrindən ibarət xüsusi komitə yaradılacaq.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …