Şənbə , Sentyabr 23 2023
Ana səhifə / İdman / FIFA federasiya prezidentinin futbol fəaliyyətinə qadağa qoydu

FIFA federasiya prezidentinin futbol fəaliyyətinə qadağa qoydu

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubialesi vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə ali futbol qurumunun İntizam Komitəsi qərar qəbul edib.

Yayılan açıqlamada bildirilib ki, funksioner müvəqqəti olaraq bütün futbol fəaliyyətlərindən məhrum edilib. 90 gün ərzində araşdırmalar yekunlaşdırılacaq və son qərar veriləcək.
Rubialesin uzaqlaşdırılmasına səbəb onun qadınlar arasında dünya çempionatının finalında İngiltərə üzərində qələbədən (1:0) sonra ispaniyalı qadın futbolçu Cennifer Ermosonu dodaqlarından öpməsi olub. Bundan sonra İspaniya hökuməti, qadın futbolçular, klublar etirazlara başlayıblar. Qadın futbolçular etiraz olaraq millidə oynamaqdan imtina etdiklərini bildiriblər. Funksionerin istefası tələb olunsa da, o, postundan getməyəcəyini açıqlayıb.(oxu.az)

Həmçinin oxuyun

İki güləşçimiz Olimpiadaya lisenziya qazana bilər

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha üç …