Ana səhifə / İdman / FİDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik etdi

FİDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik etdi

İtaliyada 20 yaşadək şahmatçılar arasında dünya çempionatının bağlanış mərasimi keçirilib. 

Azinforum.az Azərbaycan Şahmat Federasiyasının saytına istinadən xəbər verir ki, mötəbər yarışın qalibi olan Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyliyə qızıl medal və kubok təqdim olunub.

Dünya çempionlarının şərəfinə Azərbaycan himni səsləndirilib.

Bağlanış mərasimindən sonra FİDE prezidenti Arkadi Dvorkoviç azərbaycanlı dünya çempionlarını tarixi qələbə münasibəti ilə təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb. 

Həmçinin oxuyun

“Neftçi” azarkeşlərindən klub prezidentinə etiraz – “İstefa!”

Misli Premyer Liqasının 16-cı turunda “Neftçi” əzəli rəqibi “Qarabağ”a ağır məğlubiyyətə uğrayıb – 0:4.Azinforum.az xəbər verir …