Ana səhifə / İdman / Fatih Terim Azərbaycana təşəkkür etdi

Fatih Terim Azərbaycana təşəkkür etdi

Futbolçularımdan razıyam. Yaxşı mübarizə apardılar. Xeyli qol epizodumuz oldu.

Bunu “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda “Neftçi”yə qalib gəldikləri oyundan (3:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Türkiyəli baş məşqçi Azərbaycana təşəkkür edərək bildirib: “Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq. Onlar bizim qardaşımızdır. Bu gün 500-cü oyunum idi. Bunu sözlərlə ifadə etmək çox çətindir. Yaxşı ki, həyatımda “Qalatasaray” var. Avrokuboklarda 100-cü qələbədir. Danışanda asan gələ bilər, amma bu rəqəmlər asan başa gəlmədi”.

F.Terim “Neftçi”nin yaxşı komanda olduğunu vurğulayıb: “Yaxşı mübarizə apardılar. Bizə yüksək tempdə cavab verdilər. Onlara uğurlar arzulayıram. Bizim qələbə qazanmağımız sürpriz deyil. Biz uduzsaydıq və zəif oynasaydıq, sürpriz olardı”.

Həmçinin oxuyun

Azərbaycan Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq – ilk dəfə

Lisenziya uğrunda keçirilən kişi badmintonçuların şəxsi yarışında milli komandamızın lideri Edi Reski Dviçayo qalib gələrək …