Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İdman / Fariz Nəcəfov “Qəbələ”nin idmançılarına fəxri fərman verdi

Fariz Nəcəfov “Qəbələ”nin idmançılarına fəxri fərman verdi

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov klubun digər idman növləri üzrə idmançı və məşqçiləri ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüşdə 2019-cu ildə uğur qazanmış klub üzvləri iştirak edib. İdmançılardan Bəşirova Gülşən (cüdo), Yusifov İmran (cüdo), Uşangi Kokauri (cüdo), Abbasov Bəxtiyar(MMA), Abbasov Nəriman (MMA), Ağayev Rafael (karate), Alfonso Dominqos (boks), Kamran Şahsuvarlı (boks), Ağayev Cavad (taekvondo), Alim Nəbiyev (kikboksinq), Pərviz Abdullayev (kikboksinq), məşqçilərdən isə Abbasov Şəhriyar (MMA), İsmayılov Ramil (cüdo), Zülfüqarov Səbuhi (taekvondo) və boks bölməsinin rəhbəri Fariz Məmmədov fəxri fərmanlarla təltif ediliblər. Klubun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayevə idman növlərinin inkişafına görə fəxri fərman təqdim olunub.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …