Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Fərid Qayıbov medal qazanmış boksçularla görüşdü

Fərid Qayıbov medal qazanmış boksçularla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan boksçuları ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, F.Qayıbov dünya çempionu Alfonso Dominges (86 kq), bürünc mükafatçılar Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayevi (+92 kq) növbəti uğurları münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda qələbələr arzulayıb.

Görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, baş katib Nağı Səfərov və yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev də iştirak ediblər.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …