Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / İdman / Fərid Qayıbov atıcılıq federasiyasının fəaliyyəti ilə tanış oldu – Fotolar

Fərid Qayıbov atıcılıq federasiyasının fəaliyyəti ilə tanış oldu – Fotolar

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub.  

Nazirliyikdən verilən məlumata görə nazir stend və güllə atıcılığı üzrə yığma komandaların üzvləri ilə görüşüb, onların məşq proseslərini izləyib və problemlərini dinləyib.  

Federasiyanın baş katibi Emin Cəfərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiya İcraiyyə Komitəsinin üzvü Olimpiya çempionu Zemfira Meftahəddinova və güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Olimpiya mükafatçısı İradə Aşumova iştirak ediblər.

Daha sonra Fərid Qayıbov Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinin maddi-texniki bazasına baxış keçirib. Kompleksin şəraiti və fəaliyyəti ilə maraqlanıb.

Fərid Qayıbov atıcılıq federasiyasının fəaliyyəti ilə tanış oldu - Fotolar
Fərid Qayıbov atıcılıq federasiyasının fəaliyyəti ilə tanış oldu - Fotolar

Həmçinin oxuyun

2 futbolçu Azərbaycan millisindən kənarlaşdırıldı

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Mİllətlər Liqasının VI tur matçı üçün …