Cümə , Dekabr 1 2023
Ana səhifə / İdman / “Fənərbağça” ardıcıl doqquzuncu qələbəsini qazanıb

“Fənərbağça” ardıcıl doqquzuncu qələbəsini qazanıb

Türkiyə Superliqasında IX turun oyunları davam edir.

Bu gün daha dörd oyun keçirilib. Çempionatın lider komandası “Fənərbağça” öz meydanında “Hatayspor”u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Sebastyan Şimanski, 15-ci dəqiqədə Osayi Samuel, 39-cu dəqiqədə Edin Ceko və 63-cü dəqiqədə İrfan Can Kahveci vurublar. Qonaqlardan isə 55-ci dəqiqədə Fauzi Qulam və 90+4-cü dəqiqədə Rayan Abid fərqləniblər. Bu mövsüm Superliqada keçirdiyi 9 oyundan 27 xal toplayan “Fənərbağça” turnir cədvəlinə başçılıq edir. “Hatayspor” 14 xalla altıncıdır.

Günün digər matçlarında “Kasımpaşa” səfərdə “Sivasspor”a 1:0, “İstanbulspor” evdə “Ankaragücü”nə 2:1 hesabı ilə qalib gəlib, “Samsunspor” isə “Başakşehir”lə qolsuz heç-heçəyə razılaşıb.

Həmçinin oxuyun

İki güləşçimiz dünya çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl …