Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / Ermənini udub medal qazanan Rafiqdən AÇIQLAMA

Ermənini udub medal qazanan Rafiqdən AÇIQLAMA

Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması haqqında danışıb.

O, qələbənin hansı ölkə təmsilçisi üzərində qazanılmasının fərq etmədiyini bildirib:

“Çox sevinirəm ki, Olimpiya medalı qazandım. Bütün turnirlərdə medallar qazanmışdım və tək Olimpiada medalım yox idi. Hər dəfə bir problem çıxırdı ortaya. Nəhayət bu dəfə lisenziya qazandım və Tokioya gəldim. Erməni və ya digər millətdən olan idmançıya fərq qoymuram. Çünki bu, düzgün yanaşma deyil. Ermənini udanda qəhrəman olursan, uduzanda gərək xalq düşməni olasan? Buna görə də fərq qoymuram. Ən böyük uğur medaldır. Bu, atamın qələbəsidir”.

Xatırladaq ki, R. Hüseynov erməni güləşçi Karapet Çalyana qalib gələrək bürünc medala sahib olub.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …