Cümə , Noyabr 15 2019
Ana səhifə / İdman / Erməni idmançının “türkü boğması” feyk çıxdı

Erməni idmançının “türkü boğması” feyk çıxdı

Erməni idmançı Rafael Abrahamyanın MMA döyüşündə türk rəqibi Batuhan Akdumanı biabırçı şəkildə məğlubiyyə uğratması, rəqibin təslim olmasına baxmayaraq onu boğaraq öldürmək istəməsi ilə bağlı bir neçə gündür ki, mətbuatda xəbərlər yayılıb. Rusiyanın Samara şəhərində keçirilən GFC-18 turnirində Rusiyanı təmsil edən erməni R. Abrahamyanla rəqibinin rinqdəki döyüşünün videogörüntüləri də yayılıb.

Lakin mətbuatda yayılan xəbərlərdən sonra türkiyəli idmançı Batuhan Akduman erməni idmançı ilə heç vaxt döyüşmədiyini, yayılan görüntülərdəki məğlub döyüşçünün özü olmadığını açıqlayıb.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, B. Akduman bildirib ki, üç dəfə dünya çempionu, bir dəfə dünya ikincisi və üç dəfə dünya üçüncüsü olsa da, ölkəsində mətbuat onunla bağlı bir cümlə belə yazmayıb. Amma erməni idmançı ilə heç döyüşmədiyi halda mətbuat ondan soruşmadan yalan xəbərləri dərc edib.

B. Akdumanın sözlərinə görə, sosial mediada paylaşılan yanlış xəbəri ötən gün rusiyalı idmançı dostlarından gələn mesajlardan öyrənib: “Bazar günü erməni idmançı Rafael Abrahamyanın türk döyüşçü Batuhan Akdumanı rüsvayçı şəkildə döyməsi ilə bağlı video paylaşılıb. Azərbaycanda Mübariz İbrahimov kimdirsə, Ermənistanda da bu şəxsi o cür xalq qəhrəmanı ediblər. Həmin xəbəri öyrənən kimi Rusiya Full Kontakt Döyüş Federasiyası prezidenti Sergey Yermakov ilə əlaqə saxladım. Onun vasitəsilə Rafaellə danışdım. Əvvəlcə fikirləşdim ki, məğlub edilmiş idmançı ilə mənim adım oxşar ola bilər. Sonra Samara şəhərinin təşkilat nümayəndəsi vasitəsi ilə döyülmüş idmançının məşqçisi ilə əlaqə saxladım, idmançının pasportunu istədim. Səkkiz saat sonra üzərində düzəlişlər edilmiş pasportun surətini göndərə bildilər. Pasportda “U24TUR” kodu var idi. Bu yalan xəbərləbağlı prokurorluğa müraciət edəndə həmin kodun Türkmənistana aid olduğunu bildim”, – türkiyəli idmançı deyib.

B. Akduman bildirib ki, onun adından, karyerasından istifadə edərək 20 yaşlı Türkmənistan idmançısını Rafael ilə döyüşdürüblər: “ Mən Rafaellə əlaqə saxladım və bu etdiyinin çox böyük tərbiyəsizlik olduğunu dedim. Bildirdim ki, iki ay qabağıma çıxmasın, sonra onu dünyada biabır edəcəyəm. O, 65 kiloda mübarizə aparır, mənim çəkim isə 71-dir. Üstəlik, heç həyatımda 70 kiloqramdan aşağı çəkidə döyüşməmişəm. Rafael əvvəlcə təklifimə cavab verdi ki, bizim aramızda çəki fərqi var, mənimlə döyüşə bilməz. Mən ona görə 67 kiloya qədər arıqlayacağımı və döyüşcəyimi söylədim. 15 dekabrda o, əsl Batuhanla qarşılaşacaq. İkinci raundu görməyəcək ”.

B. Akduman deyib ki, erməni idmançıya döyüşmək üçün Ermənistana belə gələ biləcəyini bildirib. Lakin erməni Rusiyanın Samara şəhərinin daha uyğun olduğunu əsas gətirərək və iki ay ərzində mübarizəni qəbul edib: “Mən Antalyadakı beyin qanaması keçirən rəqibimi öz maşınımla xəstəxanaya aparan və onunla bir gecə qalmış idmançıyam. Mən bu idmançıya ikinci turu göstərməyəcəyəm. Onun boyu 1.70 metr, mənim isə 1.75 metrdir. Oyunlarını da gördüm. Güclüdür, amma vuruşu və yumruğu yoxdur. Yalnız rəqibini qaldırır və yerə vurur”.

İdmançı həmçinin qeyd edib ki, məğlubiyyətilə bağlı yayılan xəbərlərdən sonra sosial mediada eşitmədiyi söyüş və təhqir qalmayıb. Hətta buna görə anasına da zəng edərək baş sağlığı veriblər.

Qeyd edək ki, Samara şəhərində Türkiyədən olduğu iddia edilən B. Akdumanla erməni rəqibi arasında döyüşdə Akduman əl işarəsilə təslim olduğunu bildirsə də, erməni idmançı onun boğazını buraxmayıb. Görüşün hakimi onları ayırmağa çalışsa da, erməni idmançı rəqibini boğmaqda davam edib. Nəticədə, B. Akduman huşunu itirib. Onun köməyinə həkimlər gəlib. Yalnız həkimlərin müdaxiləsindən sonra türk idmançını özünə gətirmək mümkün olub.

Həmçinin oxuyun

Millimiz Lixtenşteyni məğlub edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Sumqayıtdakı …