Ana səhifə / İdman / Emreli “Dinamo Zaqreb”i Türkiyə klubuna dəyişir

Emreli “Dinamo Zaqreb”i Türkiyə klubuna dəyişir

Xorvatiyanın “Dinamo Zaqreb” klubunda oynayan millimizin üzvü Mahir Emreli kariyerasını Türkiyədə davam etdirə bilər.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Emreli ilə “Konyaspor” arasında ilkin razılıq olub. Onun bu mövsümün sonuna kimi icarə əsasında “Konyaspor”da oynayacağı vurğulanıb. Konya klubununun yayda futbolçunu birdəfəlik almaq hüququ da olacaq.

Qeyd edək ki, M. Emreli ötən ilin yanvarından “Dinamo”da oynayır.

Həmçinin oxuyun

Messidən 800-cü qol

Argentina millisinin kapitanı Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.Belə ki, 35 yaşlı hücumçu Panamaya …