Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Elnur Səmədov peşəkar boks üzrə Rusiya çempionu oldu

Elnur Səmədov peşəkar boks üzrə Rusiya çempionu oldu

Azərbaycan əsilli idmançı Elnur Səmədov yüngül çəkidə peşəkarlar arasında boks üzrə Rusiya çempionu olub.

Bu barədə TASS agentliyi xəbər yayıb.

Ümumrusiya boks forumu çərçivəsində təkbətək döyüş Anapada keçib.

25 yaşlı Səmədov 10 raundluq təkbətək döyüşdə Visxan Murzabəyova qalib gəlib və prezident Kuboku üzrə seçmə yarışın yarımfinalına çıxıb. Prezident Kuboku üzrə seçmə yarışda Səmədov daha bir rusiyalı Ayk Şahnazaryanla görüşəcək. Döyüş bu ilin aprelində keçiriləcək.

Səmədovun aktivində 8 qələbə (1 nokautla) və 1 məğlubiyyət var. Qeyd edək ki, Elnur Səmədov Astara rayonunun Şahağacı kəndində anadan olub.

V.Murzabəyov isə 18 qələbəyə (12 nokautla) imza atıb və 4 dəfə məğlub olub.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …