Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / Elnur Məmmədlinin məğlub etdiyi cüdoçu azyaşlıya təcavüzə görə saxlanıldı

Elnur Məmmədlinin məğlub etdiyi cüdoçu azyaşlıya təcavüzə görə saxlanıldı

Azərbaycanlı cüdoçu Elnur Məmmədlinin 2008-ci ildə Pekində keçiriliən Olimpiya Oyunlarının finalında məğlub etdiyi Cənubi Kareyalı Van Ki Çun saxlanılıb.

Yenisabah.az Rusiya mediasına istinadən xəbər verir ki, 32 yaşlı cüdoçu yetkinlik yaşına çatmamış qıza qarşı cinsi zorakılığa görə ittiham edilir.

Bu ilin mart ayında hüquq-mühafizə orqanlarına Çunla bağlı şikayət daxil olub. Bundan sonra onun haqqında istintaq başlanılıb. 

Məlumata görə, 2009-cu ildə də idmançı gecə klubunda baş vermiş qarşıdurmaya görə saxlanlıb. Lakin ittihamlar əsassız sayıldığı üçün həbs olunmayıb. 

Qeyd edək ki, Pekin-2008 Yay Olimpiya Oyunlarının finalında E.Məmmədli 13 saniyə ərzində Van Ki Çunu məğlub edərək rekorda imza atmışdı. 

Həmçinin oxuyun

Azərbaycan millisinin üzvləri böyük məbləğdə mükafatdan məhrum oldular

Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd …