Əliyar Ağayev “Arsenal”ın ÇL oyununu idarə edəcək
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqası oyununa təyinat alıb.
Bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc olunub.
Belə ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində noyabrın 4-də Çexiyada baş tutacaq “Slaviya”-“Arsenal” oyununu idarə edəcək.
Sözügedən görüşdə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, həmçinin Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.