Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Dünyanın gözü Rusiyada: Dünya çempionatı başlayır

Dünyanın gözü Rusiyada: Dünya çempionatı başlayır

Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.

Azinforum.az-ın  məlumatına görə, mərasimə 20-dən çox ölkənin başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq.
Rusiyada təşkil olunacaq DÇ-2018 meydan sahiblərinin oyunu ilə başlayacaq. QarşılaşmaBakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində – Moskva (“Lujniki” və “Spartak”), Kalininqrad (“Kalininqrad” stadionu), Sankt-Peterburq (“Sankt-Peterburq” stadionu), Nijni Novqorod (“Nijni Novqorod” stadionu), Volqoqrad (“Volqoqrad Arena”), Kazan (“Kazan Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-Don (“Rostov Arena”), Soçi (“Fişt” stadionu) və Yekaterinburqda (“Yekaterinburq Arena”) yerləşən 12 stadionda keçiriləcək.

Mötəbər idman yarışına iyulun 15-də yekun vurulacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …