Çərşənbə , Fevral 8 2023
Ana səhifə / İdman / Dünyanın ən bahalı futbolçularının siyahısı açıqlandı

Dünyanın ən bahalı futbolçularının siyahısı açıqlandı

Dünyanın ən bahalı futbolçularının siyahısı müəyyənləşib.
Saytın qiymətləndirməsinə görə, DÇ-2022-də gümüş medal qazanan Kilian Mbappe dünyanın ən bahalı futbolçusudur. Fransa millisinin və PSJ-nin ulduzunun mundialdan sonra dəyəri 180 milyon avroya qalxıb. 
İkinci pillədə “Mançester Siti”nin hücumçusu Erlinq Holand qərarlaşıb. Norveçli ulduzun transfer dəyəri 170 milyon avrodur.
İlk “üçlüy”ü “Real”ın braziliyalı ulduzu Viniçius Junior qapayır – 120 milyon avro.
Ən bahalı futbolçuların ilk onluğu isə aşağıdakı kimidir:

1. Kilian Mbappe (PSJ/Fransa) – 180 milyon avro;

2. Erlinq Holand (“Mançester Siti”/Norveç) – 170 milyon avro;

3. Viniçius Junior (“Real Madrid”/Braziliya) – 120 milyon avro;

4. Cud Bellingem (“Borussia Dortmund”/İngiltərə) 110 milyon;

5. Fil Foden (“Mançester Siti”/İngiltərə) – 110 milyon avro;

6. Pedri (“Barselona”/İspaniya) – 100 milyon avro;

7. Camal Musiala (“Bavariya”/Almaniya) – 100 milyon avro;

8. Bukayo Saka (“Arsenal”/İngiltərə) – 100 milyon avro;

9. Federiko Valverde (“Real Madrid”/ Uruqvay) – 100 milyon avro;

10. Qavi (“Barselona”/İspaniya) 90 milyon avro.

Həmçinin oxuyun

Türkiyədə 30-40 güləşçi dağıntılar altında qalıb

Türkiyəli güləşçi, dünya çempionu Taha Akgül Kahramanmaraşda baş verən zəlzələdən sonra 30-40 güləşçinin olduğu binanın …