Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / Dünyada ən bahalı 20 yaşadək futbolçuların adları açıqlanıb – Siyahı

Dünyada ən bahalı 20 yaşadək futbolçuların adları açıqlanıb – Siyahı

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) ən bahalı 20 yaşınadək futbolçuların adlarını açıqlayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, siyahıda birinci yeri Almaniyanın “Borussiya Dortmund” klubunun 19 yaşlı yarımmüdafiəçisi Jadon Sanço var. CIES ingiltərəli yarımmüdafiəçini 150,3 milyon avro dəyərində qiymətləndirib.

İkinci yerdə “Arsenal”ın 20 yaşlı fransalı yarımmüdafiəçisi Matteo Genduzi qərarlaşıb. Fransalı yarımmüdafiəçinin dəyəri 70,1 milyon avrodur.

Siyahıda ilk üçlüyü İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Nikolo Zaniolo tamamlayıb. Onun dəyəri 67,4 milyon avro qiymətləndirilib.

J.Sanço cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 40 oyunda 12 qol vurub.WhatsAppFacebookFacebook MessengerTwitterShare

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …