Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / İdman / Dünya Kuboku: Teymur Rəcəbov mübarizəni dayandırdı

Dünya Kuboku: Teymur Rəcəbov mübarizəni dayandırdı

Şahmat üzrə Dünya Kubokunda III mərhələnin tay-brek görüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla üz-üzə gəlib.

Ağ fiqurlarla ilk rapid oyununu uduzan qrossmeyesterimiz qaralarla heç-heçə edib və mübarizəni dayandırıb.

Rauf Məmmədov FIDE adından çıxış edən Yan Neponyaşiyə uduzub. O, hər iki partiyada rəqibindən zəif olub.

Nicat Abasov isə niderlandı təmsil edən Aniş Giriyə ilk rapid partiyasında məğlub olsa da, daha sonra hesabı bərabərləşdirməyi bacarıb. Tərəflər blitsdə güclünü müəyyənləşdirməyə çalışacaqlar.

Həmçinin oxuyun

Millimiz UEFA Millətlər Liqasında qələbə qazanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.Komanda ikinci oyununda səfərdə Monteneqro …