Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İdman / Dünya çempionu ad günündə özünə idman zalı açdı – FOTO

Dünya çempionu ad günündə özünə idman zalı açdı – FOTO

MMA qarışıq döyüş növləri üzrə dünya çempionu Məhəmməd Abdullayev öz doğum günündə rəhbərliyi altında fəaliyyət göstərəcək yeni idman zalının açılışını edib. Bakının Səbail rayonu, Abbasqulu Abbasszadə 108, “Oksford” məktəbi ilə üzbəüz ünvanında fəaliyyət göstərəcək idman zalının açılışında bir çox tanınmış şəxslər iştirak edib.

Məhəmməd Bəkir oğlu Abdullayev 1991- ci ildə Bakı şəhərində anadan olub . O, dəfələrlə ölkəmizin hüdudlarından kənarda mötəbər yarışlarda qalib olaraq , Azərbaycan bayrağını xarici ölkələrdə yüksəldib. Dünya çempionu olan idmançını ad günü və yeni fəaliyyətə başlayan idman zalının açılışı münasibətilə ürəkdən təbrik edir , ölkəmizi daha mötəbər yarışlarda layiqlincə təmsil etməsini arzulayırıq.

Iradə ŞİRİNOVA, Azinforum.az

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …