Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / İdman / Dünya çempionatını 3 milyona yaxın azarkeş izləyib – Stadiondan

Dünya çempionatını 3 milyona yaxın azarkeş izləyib – Stadiondan

Rusiyada keçirilən futbol üzrə dünya çempionatını 3 milyona yaxın azarkeş stadiondan izləyib.

“Report”un məlumatına görə, mundial üçün, ümumilikdə, 2 milyon 889 min 351 bilet satılıb. Əcnəbilərdən ən çox bileti ABŞ vətəndaşları alıb – 88 min 825. Braziliyalılar 72 min 512 biletlə ikinci, kolumbiyalılar isə 65 min 234 biletlə üçüncü yerdə qərarlaşıb.

Moskvada “Lujniki” stadionunda Fransa və Xorvatiya komandaları arasında baş tutmuş final oyununu 78 min 11 nəfər stadiondan izləyib. Qarşılaşmanın ümumi auditoriyası ilə, təxminən, 1 milyard nəfər təşkil edib.

Qeyd edək ki, finalda Fransa millisi Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib.

Həmçinin oxuyun

Millimiz Lixtenşteyni məğlub edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Sumqayıtdakı …