Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / İdman / Dünya çempionatı tarixdə ilk dəfə qışda keçiriləcək

Dünya çempionatı tarixdə ilk dəfə qışda keçiriləcək

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının tarixi açıqlanıb.
FİFA prezidenti Canni İnfantino bildirib ki, növbəti mundial 4 il sonra noyabrın 21-dən dekabrın 18-dək davam edəcək:
“Artıq qərar verilib, bütün ölkələrin liqaları bu barədə məlumatlandırılıb. Əminik ki, əla çempionat olacaq. Çünki oyunçular mundiala əla formada qatılacaqlar”.
Qeyd edək ki, DÇ-2018 Rusiyada keçirilir. İyulun 14-də 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə, iyulun 15-də final matçında isə Fransa və Xorvatiya üz-üzə gələcək.

Həmçinin oxuyun

AFFA iki oyunçunu futboldan kənarlaşdırıb

Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib. Toplantı I Divizionda çıxış edən “Ağsu” klubunun bir …