Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Dünya çempionatı-2018: Hər şey 1980 Moskva Yay Olimpiadasından öncəki vəziyyəti xatırladır

Dünya çempionatı-2018: Hər şey 1980 Moskva Yay Olimpiadasından öncəki vəziyyəti xatırladır

Futbol üzrə dünya çempionatının başlamasına cəmi 12 gün qalıb.

Lakin Rusiyada indidən təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə gətirilib.

Rusların qayğılarını anlamaq mümkündür. Lakin şimal qonşumuzda bu tip msələləri, necə deyərlər, “sovetsayağı” etmək daha uyğun hesab olunub.

Qərb mətbuatı Moskva və ətraf regionlarda təhlükəsizliyin təmin olunması altında həyata keçrilən tədbirlərə diqqət çəkərək ruslar üçün sovet dövründən bu yana heç bir şeyin dəyişmədiyinə əmin olublar.

“25 maydan bu yana belə bir mühüm beynəlxalq idman tədbirinin keçirilməsi ilə əlaqədar Rusiyanın regionlarında təhlükəsizlik tədbirlərinin və məhdudiyyətlərin siyahısı tərtib edilib”, – Fransanın “Le Monde” qəzeitndən İzabel Mandro yazır.

“Bəzilərinə bu 1980-ci ilin boykot edilmiş və küçələri boş Moskva olimpiadasındakı ilk coşğunu xatırladır”, – məqalədə qeyd olunub.
İzabel Mandro yarışların keçiriləcəyi 11 şəhərdə, Vladimir Putinin fərmanı ilə tətbiq olunan “xüsusi rejim”lərin insanlar üçün başağrısına çevrildiyini vurğulayıb.

Kreml rəhbərinin mayın 9-da imzaladığı fərman müvəqqəti yaşayış üçün verilən sənədlərin məhdudlaşdırılmasını nəzərdə tutur. (Bu xüsusilə Orta Asiyadan gələn miqrantlara aiddir.) Bundan başqa, idman yarışları ilə əlaqədar olmayan bütün növ toplantılar, o cümlədən mitinqlər, nümayişlər, yürüşlər qəti surətdə qadağan edilir.

Mundialda tətbiq olunacaq tədbirlər arasında hətta bəzi həşarat növlərinin yayılmasının qarşısının alınması ilə bağlı görüləcək işlər belə yer alıb.

Rusiyalı müxalifətçi Aleksey Navalnının komandasının verdiyi məlumata əsasən Saratov vilayətində ağcaqanadların artmasını önləmək üçün bataqlığın qurudulması zamanı Volqa çayının səviyyəsi 3 metr aşağı salınıb.

Mikroblara belə həyat dar ediləcək. Çempionata 2 həftə qalmış bütün kulinarlar tibbi analizdən keçməli, yarışlar üçün səfərbər olunan 15 min könüllüyə isə mütləq peyvənd vurulmalıdır. Klassik tədbirlər arasında spirtli içkilərin yasaqlanması da var. Bu o deməkdir ki, onların qiyməti otellərdə ərşə çıxacaq.

“Hər şeyin yasaqlandığı dünya çempionatında rusların həyatı necə dəyişəcək. Köhnə oxucular 38 il bundan öncə SSRİ-də keçirilən olimpiada zamanı olanları yaxşı xatırlayır. Boş küçələr, olduqca nəzakətli milisionerlər, bir də küçədə hansısa əyyaşa rast gəlmədiyin günlər…, üstəlik, ruslar xarici ölkələrdən gələ biləcək qızğın fanatları da ölkələrinə buraxmayacaqlarını indidən bəyan ediblər..”, – müəllif müşahidələrini yazıb. (Musavat.com)

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …