Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “Deyirdilər ki, Ağasəlim Mircavadov baş məşqçi olmalı deyil”

“Deyirdilər ki, Ağasəlim Mircavadov baş məşqçi olmalı deyil”

Peşəkar futbol Liqasının keçmiş prezidenti Ramin Musayev Qol.az saytına geniş müsahibəsində “Neftçi”nin vitse-prezidenti vəzifəsində işlədiyi dövrü xatırlayıb.

O, həmin vaxt Ağasəlim Mircavadovun paytaxt təmsilçisinə baş məşqçi təyin olunması haqda danışıb. Musayev bu sözləri deyib: “Neftçi”də çalışanda Ağasəlim Mircavadovu komandanın baş məşqçi vəzifəsinə dəvət etdik. AFFA-nın keçmiş rəhbərliyi, rəhmətlik Ramiz Mirzəyev bizdən soruşdu ki, nəyə görə Ağasəlim Mircavadovu bu vəzifəyə gətirmişik. İslam Kərimovu futbola qaytaranda da belə oldu. İslam Kərimov ömrünü futbola həsr edib. Biz onu futbola qaytaranda AFFA-dan bizə böyük təzyiqlər oldu. İslam Kərimov Birinci Qarabağ müharibəsində iştirak edib, futbola bütün həyatını həsr edib. Amma deyirdilər ki, yox, biz onu qəbul etmirik. Deyirdilər ki, Ağasəlim Mircavadov baş məşqçi olmalı deyil. Niyə? Əcnəbi gətirməli idik? Axı, öz yerli mütəxəssisinə dəyər, qiymət verəsən. 5-10 il əvvəl oynamış futbolçularımızın sayına baxın. Onların 70 faizini İslam Kərimov yetişdirib. Bu gün oynayan futbolçularımızın da arasında onun yetişdirdikləri var. Əgər biz futbolu gözəl görmək, nailiyyətlər qazanmaq istəyiriksə, əvvəlcə uşaq futbolunu inkişaf etdirməliyik. Bunu fikirləşənlər yoxdur. Gəlin, görək, uşaq futbolunda kimlər çalışır. Dost, tanış, qohum-əqrəba. Niyə? Keçmiş futbolçularımız hardadırlar? Niyə onlara şərait yaradılmır? O qədər müddət “Neftçi”də çalışdım. Qoy desinlər ki, Ramin Musayev filan qohumunu vəzifəyə gətirdi. Xeyr. Deyə bilməzlər. Çünki elə şey olmayıb”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …