Şənbə , Dekabr 9 2023
Ana səhifə / İdman / “Dedim ki, 100 manat bonus olacaq, güldülər”- Qurban Qurbanov

“Dedim ki, 100 manat bonus olacaq, güldülər”- Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə darmadağın edib.

“Qafqazinfo”nun məlumatına görə, Ağdum klubunun futbolçusu Yassin Benzia matçda het-trik edərək karyerasında ilkə imza atıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da oyunsonrası mətbuat konfransında Benziadan söz açıb:

“Futbolçu nə qədər çox qol vursa, assist etsə, özünə inamı artır, həvəslənir. Bura gələnə qədər onun söhbəti oldu. Futbolçular dedi ki, Benzia ilk dəfə het-trik etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Benzia təcrübəlidir, yaxşı formaya düşməsi üçün qolların ona faydası olacaq”.

Həmçinin oxuyun

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib. Bu barədə Boks Federasiyası məlumat yayıb. Məlumata görə, 41 …