Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / İdman / DÇ-nin iki ildən bir keçirilməsi ciddi maliyyə itkilərinə səbəb olacaq
RIO DE JANEIRO, BRAZIL - DECEMBER 03: A general view of Brazuca and the FIFA World Cup Trophy at the Maracana before the adidas Brazuca launch at Parque Lage on December 3, 2013 in Rio de Janeiro, Brazil. Brazuca is the Official Match Ball for the FIFA World Cup 2014 Brazil. Tonight adidas revealed brazuca to the world in the stunning setting of Parque Lage in Rio de Janeiro. The reveal was part of a spectacular light projection supported by global footballers Seedorf, Hernane and FIFA World Cup Winner Cafu. Hundreds of guests and celebrities were treated to this one off experience, which launched the Official FIFA World Cup Ball for Brazil 2014. For more information visit: news.adidas.com/worldcupOMB (Photo by Alexandre Loureiro/Getty Images for adidas)

DÇ-nin iki ildən bir keçirilməsi ciddi maliyyə itkilərinə səbəb olacaq

FİFA-nın iki ildən bir keçirilən dünya çempionatı ideyasına qarşı hesabat hazırlanıb.
Hazırlanan hesabatda qanun layihəsinin qəbul olunacağı təqdirdə klubların görəcəyi zərərlərə diqqət çəkilib. FİFA-nın dünya çempionatını iki ildən bir keçirmək ideyası müzakirə olunub, bunun yerli futbola və klublara böyük maddi ziyan vura biləcəyi ictimaiyyətin diqqətinə çatdırılıb.  
Xüsusən də Premyer Liqa, La Liqa və A seriyası klubları, o cümlədən UEFA da bu fikrə qarşı çıxıb. UEFA prezidenti Aleksander Çeferin iki ildən bir keçiriləcəyi təqdirdə dünya çempionatının dəyərinin aşağı düşəcəyini, bunun digər turnirlərə də mənfi təsir edəcəyini bildirib, üstəlik FİFA-nı boykotla hədələyib. “Arsenal”ın keçmiş baş məşqçisi, FİFA-nın qlobal inkişaf direktoru Arsen Venger isə dünya çempionatının iki ildən bir keçirilməsini dəstəkləyib, hətta yeni təqvim də təklif edib.
“KPMG” və “FTI Delta Partners” tərəfindən hazırlanan hesabata görə, dünya çempionatının iki ildən bir həyata keçiriləcəyi təqdirdə klubların gəlirləri düşəcək. Bu halda tamaşaçıların da futbola marağı azalacaq. Məlumata görə, FİFA-nın ideyası reallaşarsa, UEFA və klub futbolunun illik gəlirində 8 milyard avroya qədər itki olacaq. Ən böyük itkinin isə televiziya gəlirlərindən olacağı gözlənilir. Bununla yanaşı dünya çempionatı üçün komandaların və matçalrın sayının azaldılması oyunların həftəiçi keçirilməsi klubların ciddi itkilərə məruz qalmasına səbəb olacaq.
“Enders Analysis”in baş analitiki Fransua Qodar da risk olacağını deyib: “Narahatlığım ondan ibarətdir ki, tələblər birdən-birə çökür. Əgər milli liqaları zəiflətsəniz, qəfil dramatik düşmə riski böyükdür. Oyunların həftəsonundan həftəarasına keçirilməsi və ümumilikdə mövsümün qısaldılması əsas “məhsulu” zəiflədir”.
FİFA DÇ-2018-dən 5,37 milyard dollar gəlir əldə edib. UEFA-nın isə təkcə bu mövsüm turnirlərdən əldə edəcəyi ümumi gəlirin 4 milyard dollar civarında olacağı bildirilir.

Həmçinin oxuyun

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub. “Old Trafford”da ev sahibi “Mançester Yunayted” …