Sosial şəbəkədə biz:

DÇ-2026: Portuqaliya millisi Ermənistan yığmasını darmadağın edib

DÇ-2026: Portuqaliya millisi Ermənistan yığmasını darmadağın edib
Xəbər Şəkli
07 September 2025, 09:13
İdman

Portuqaliya millisi DÇ-2026-nın seçmə mərhələsində Ermənistan yığmasını darmadağın edib.

İrəvanda "Vazgen Sarkisyan" stadionunda keçirilən görüş qonaqların 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Kriştianu Ronaldu və Joao Feliks dubl ediblər, daha bir qolu isə Joao Kanselo vurub.