Sosial şəbəkədə biz:
DÇ-2026: İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub
Xəbər Şəkli

DÇ-2026: İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub

19 July 2026, 09:11
İdman

Futbol üzrə İngiltərə millisi 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi olub.

Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.

Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. "Xoruzlar"dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.

Qeyd edək ki, DÇ-2026-da final matçı saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.