DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
2026-cı il dünya çempionatında C qrupunda mübarizəyə start verilib.
Apasport.az xəbər verir ki, mundialların ən titullu komandası Braziliya Afrika futbolunun yüksələn ulduzu Mərakeş ilə qarşılaşıb.
Nyu-Yorkda keçirilən görüş qarşılıqlı qollarla başlayıb. Hesabı Afrika təmsilçisi açsa da, braziliyalılar bərabərlik topunu vurmağı bacarıb.
İkinci hissədə tərəflərin səylərinə baxmayaraq oyunda hesab dəyişməyib.
DÇ-2026
B qrupu
14 iyun 02:00
Braziliya - Mərakeş 1:1
Qollar: V. Junior, 32 - İ. Saibari, 21