Cümə axşamı , İyun 30 2022
Ana səhifə / İdman / DÇ-2022: Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşir

DÇ-2022: Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşir

Bu gün Uels və Ukrayna milli komandaları arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin final oyunu keçiriləcək.

Kardiff şəhərindəki “Kardiff Siti” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Görüşü ispaniyalı FIFA referisi Mateu Laos idarə edəcək. Bu matçın ardından Avropa zonası üzrə DÇ-2022-yə sonuncu vəsiqənin sahibi müəyyənləşəcək.

DÇ-2022, pley-off mərhələsi, final

5 iyun

20:00. Uels – Ukrayna

Baş hakim: Mateu Laos (İspaniya)

Kardiff. “Kardiff Siti” stadionu

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. Ukrayna yarımfinalda Şotlandiyaya 3:1 hesabı ilə qalib gəlmişdi.

Həmçinin oxuyun

Azərbaycanda daha 3 idman federasiyası ləğv olundu

Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata …