Bazar , Oktyabr 25 2020
Ana səhifə / İdman / DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb

DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb

Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı müəyyənləşib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq FİFA-nın Mətbuat xidmətindən məlumat verilib.

Rəsmi açıqlamada bildirilir ki, ölkə vətəndaşları indiyədək ali futbol qurumundan 500 bilet əldə edib. Lakin bilet satışı iyulun 15-dək davam edəcəyindən, bu rəqəm dəyişə bilər.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Həmçinin oxuyun

“Böyük dəbilqə”: Daha 6 cüdoçumuz mübarizəyə başlayır

Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin sonuncu yarış günündə Azərbaycanın daha 6 cüdoçusu mübarizəyə başlayır. Məmmədəli …