Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İdman / DÇ-2018: Portuqaliya Ronaldunun het-triki sayəsində İspaniya ilə heç-heçə edib – VİDEO

DÇ-2018: Portuqaliya Ronaldunun het-triki sayəsində İspaniya ilə heç-heçə edib – VİDEO

Futbol üzrə İspaniya milli komandası DÇ-2018-in “B” qrupnun birinci matçında Portuqaliya üzərində qələbə qazana bilməyib.

Azinforum.az qəzeti “Report”a itinadən  xəbər verir ki, Soçi şəhərinin “Fişt” stadionunda baş tutan görüş 3:3 hesabı ilə yekunlaşıb.

Matçda ilk qolun müəllifi portuqaliyalıların hücumçusu Kriştianu Ronaldu olub. O, 4-cü dəqiqədə özünə qarşı edilən kobudluğa görə təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Hissənin ortalarında ispanların forvardı Diyeqo Kosta hesabı barabərləşdirib. Fasiləyə qədər Ronaldu dublunu rəsmiləşdirib. İkinci hissənin əvvəlində Kosta yenidən hesabda tarazlıq yaradıb. 58-ci dəqiqədə isə Xose İqnasio Naço İspanları hesabda irəli çıxarıb. Matçda son nöqtəni ikinci hissənin sonlarında cərimə zərbəsindən fərqlənən Ronaldu qoyub.

İkinci turda İspaniya İran, Portuqaliya isə Mərakeşlə qarşılaşacaq. Hər iki oyun iyunun 20-də keçiriləcək.

DÇ-2018 – final mərhələsi. B qrupu. 1-ci tur

Portuqaliya – İspaniya – 3:3

Qollar: 1:0 – Ronaldu – 4 (pen), 1:1 – Kosta – 24, 2:1 – Ronaldu – 44, 2:2 – Kosta – 55, 2:3 – Naço – 58, 3:3 – Ronaldu – 88

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …