Şənbə , Dekabr 5 2020
Ana səhifə / İdman / Daha bir idmançı böyük danışdı: “Yumruğum Həbibə dəysə, hər şey bitəcək”

Daha bir idmançı böyük danışdı: “Yumruğum Həbibə dəysə, hər şey bitəcək”

Yüngül və yarımyüngül çəki dərəcələrində “Bellator” çempionu, braziliyalı döyüşçü Patrisiu Freyri Rusiyanın UFC döyüşçüsü Həbib Nurməhəmmədov haqda danışıb.
O, Həbibin çox güclü olduğunu deyib: “Onun döyüşdə və samboda fenomenal bacarıqları var. Amma Həbibin zəif yeri – ayaqlarıdır. Mən onu tuta bilərdim. Mümkünsüz heç nə yoxdur. Düşünürəm, Həbibə qalib gəlməyin yolu var. Əgər mənim yumruğum Həbibə dəysə, hər şey bitəcək”.
Qeyd edək ki, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədov sonuncu görüşündə 3-cü raundda boğucu fənddən istifadə edərək, amerikalı Dastin Puaryeyə qalib gəlib. Nurməhəmmədov karyerası ərzində 28 döyüş keçirib və bir dəfə də məğlub olmayıb.(Qol.az)

Həmçinin oxuyun

Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək

2020-ci il Yay Olimpiya oyunlarının koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınması Yaponiyaya …